"Əgər müsadirə edilən Rusiya aktivləri müharibədən sonra Ukraynanın bərpası üçün istifadə olunarsa, Alyaskanı ABŞ-dan geri alacağıq".

"AzPolitika.info" Beynəlxaq KİV-lərə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ötən gün keçirilən parlament iclası zamanı deyib.

O, bildirib ki, ABŞ ələ keçirdiyi Rusiya ərazisindən qazandığı pulları xərcləməyə başlamazdan əvvəl bunu yaxşı-yaxşı düşünməlidir: "Qoy Amerika həmişə xatırlasın ki, Alyaska Rusiyanın bir hissəsidir. Onlar unutmasınlar ki, ərzazimizdən qazandıqları resursları xaricə sərf etməyə başlasalar, bizim də geri almaq üçün bir şeyimiz var".

Məlumat üçün qeyd edək ki, 1867-ci ildə çar II Aleksandr Alyaska ərazisini 7,2 milyon dollara (bugünkü pulla 144 milyon dollara) prezident Endryu Consona satıb. Alyaskanın hazırkı dəyərinin 37 milyard dollar olduğu bildirilir.

"AzPolitika.info"