Menu

Avropa Komissiyası Rusiyanın aktivlərinin Ukraynaya verilməsinə hazırlaşır

08.07.2022, 00:08
Avropa Komissiyası Rusiyanın aktivlərinin Ukraynaya verilməsinə hazırlaşır

Avropa Komissiyası qanunvericilik bazası hazırlayır ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərini Ukraynanın bərpasına versinlər.

Belə bəyanatla Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 6-da Strasburqda mətbuat konfransında çıxış edib («Ukrinform»).

Onun fikrincə, bu məsələyə baxılması ədalət işidir.

«Biz, qanuni əsas üzərində işləyirik ki, Rusiyanın və qismən oliqarxların aktivləri Ukraynanın bərpasına istifadə oluna bilsin» - Urusla fon der Lyayen qeyd edib.

Diplomat həm də Ukraynanın bərpası üzrə beynəlxalq konfransı uğurlu adlandırıb - konfrans İsveçrənin Luqano şəhərində keçirilib.

«Şübhəsiz, idarəçilik sistemi tətbiq olunmalıdır. O, kompetent, hesabatlı, bütün təşəbbüslər üzrə inandırıcı olmalı, maliyyə almalı və Ukraynanın bərpası üzrə investisiyaları islahatlarla birləşdirməlidir» - o, əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol