Rusiya ixracatçıları tərəfindən Qazaxıstan neftinin nəqlinin dayandırılması riskləri fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a yüklərin dəniz daşımalarını inkişaf etdirməyi tapşırıb.
KAİM.az xəbər verir ki, dövlət başçısının fikrincə, hökumət Qazaxıstan limanlarını da transformasiya etməli və onları Xəzər dənizinin aparıcı qovşaqlarından birinə çevirməlidir.
“Prioritet istiqamət Transxəzər marşrutudur. “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanını işləyib hazırlamağı tapşırıram. Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz daşımalarının imkanlarından tam həcmdə istifadə etməyib. Amma indi başqa dövrdür”, – Tokayev ölkənin nəqliyyat və tranzit infrastrukturunun inkişafı üzrə müşavirədə bildirib.
O əlavə edib ki, Qazaxıstan rəhbərliyi ölkənin dəmir yolu infrastrukturunu modernləşdirməlidir. Tokayev hesab edir ki, ixrac əməliyyatlarının təmin edilməsi üçün nəqliyyat-logistika sahəsi xüsusilə vacibdir(musavat.com).
Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən nəqliyyat dəhlizidir. Marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon ton yük təşkil edir.
Qeyd edək ki, Tokayevin bu açıqlaması onun Putinə baş əymək, Qazaxıstanın suveren hüquqlarına müdaxilə etməsinə imkan vermək niyyətində olmadığını göstərir.
"AzPolitika.info"

Şərhlər
Oljas Suleymanovun millətindən,ancaq Tokayev kimi liderlər törəyir.Uğurlar olsun,Tanrı səni sındırmasın,Tokayev!Sən bir türksən!
Bəs dənizin sahilində yerləşən ölkə nə etməlidir Əgər prezidentin gözü kordısa Putin burada nə gəzir Əgər öz torpagına sahib çıxa bilmirsənsə bu Putinin qələbəsi yox Tokayevin məqlubiyyətidir
Ona görə tərifə yer yoxdur
Afərin, Tokayev! Allah kömək eləsin! Amin