Menu

"Ukrayna qüvvələri Xersonda irəliləyir" - Britaniya kəşfiyyatı

08.07.2022, 09:36
"Ukrayna qüvvələri Xersonda irəliləyir" - Britaniya kəşfiyyatı

“Rusiya böyük ehtimalla cəbhə xəttindən, təxminən, 8 km qərbdə, Siversk istiqamətində hərbi texnika toplayır”.

“Report” bildirir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

“Rusiya ordusu Donetsk istiqmaətində yeni hücuma başlamazdan əvvəl, çox güman, təminat toplamaq üçün fasilə verib.

Ukrayna qüvvələri Xersonun cənub-qərb istiqamətində tədricən irəliləməyə davam edir. Rusiyanın taktiki hədəfinin Siversk olacağı realdır. Çünki Rusiya qüvvələri bu istiqamətdə irəliləməyə çalışır”, - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol