Menu

Rusiya BMT TŞ-ın Qərbin Suriyaya yardımı ilə bağlı qətnaməsinə veto qoyub

08.07.2022, 21:30
Rusiya BMT TŞ-ın Qərbin Suriyaya yardımı ilə bağlı qətnaməsinə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.

"Report" bu barədə TASS-a istinadla xəbər verir.

Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.

İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol