Menu

İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

09.07.2022, 13:31
İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.

“Report” “mehrnews”a istinadən xəbər verir ki, bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib.

Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar:

“Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir”.

Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2022-07-09 14:08:10

Güman ki İranın xüsusi xidmət orqanları ailəni bu yolla məhv ediblər.Baiskara Allah lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol