Menu

Volodimir Zelenski müsəlmanları Krım tatar-türkcəsində təbrik edib - Video

09.07.2022, 14:47
Volodimir Zelenski müsəlmanları Krım tatar-türkcəsində təbrik edib - Video

Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.

“Report” xəbər verir ki, dövlət başçısı feysbuk səhifəsində təbrik videosu paylaşıb.

“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, - Ukrayna lideri bildirib.

V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.

O, təbrikini Slave Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol