Menu

“Amnesty international” təşkilatı Hindistanda cərimələnib

09.07.2022, 22:40
“Amnesty international” təşkilatı Hindistanda cərimələnib

Hindistanın maliyyə qurumları “Amnesty international” təşkilatını cərimələyib.

APA-nın xəbərinə görə, maliyyə cinayətlərini araşdıran dövlət qurumu (Enforcement Directorate) təşkilatı 6,5 milyon dollar cərimələyib. Bildirilir ki, təşkilat Hindistan daxilində fəaliyyətini xaricdən aldığı vəsaitlə maliyyələşdirib.

“Amnesty international” təşkilatının Hindistan bölməsinin rəhbəri əlavə olaraq 1,3 milyon dollar cərimələnib.

“Amnesty international” məsələyə münasibət bildirməyib. Təşkilat Hindistanda fəaliyyətini 2020-ci ildə dayandırıb. Buna səbəb bank hesablarının dondurulması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol