Menu

Bakı-Moskva təyyarəsi texniki səbəblərdən uçuş hava limanına qayıdıb

10.07.2022, 09:55
Bakı-Moskva təyyarəsi texniki səbəblərdən uçuş hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.

Şərhlər

Neo 2022-07-10 12:28:49

Azalda qiymət baha.amma hər ay təyyarələrdə texniki problem,.biz görmüşük ki, bahalı malın xidməti də bahalı olur.Amma Azalda əksinə.qiymet baha xidmət 0.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol