Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.


Şərhlər
A balam,respublikanın yollarını başa düşdük ee,bilirik ki Qiyamətəcən asfaltlamalı olacağıq,Qiyamət qopub Yer üzü dağılan saatlarda da respublikanın yollarına asfalt döşəyəcəyik ki,bəlkə Qiyamətdən sonra gərəyimiz oldu asfaltlaya-asfaltlaya spisat elədiklərimiz.Amma ildə heç olmasa bircə kərə,bu müqəddəs bayramda milyon yarıma yaxın işsizin hərəsinə yüzcə manat bayram payı versəydik dünya dağılardı bəyəm?Sonra yenə asfaltlamağa davam edək dəə.