Menu

"Britaniyanın Baş naziri olsam, Rusiyanın məğlubiyyətini təmin edəcəyəm" - XİN başçısı

11.07.2022, 14:04
"Britaniyanın Baş naziri olsam, Rusiyanın məğlubiyyətini təmin edəcəyəm" - XİN başçısı

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass seçki kampaniyasına başlayıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Bildirilib ki, xanım nazir qalib gələcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Kremlin məğlubiyətini təmin edəcəyinə söz verib.

“Mən lider ola, nəticələr əldə edə bilərəm. Çünki qərar qəbul edə bilirəm. Hara getməli olduğumuza və oraya çatmaq üçün təcrübə və qətiyyətə dair aydın təsəvvürüm var. Mən Putinin Ukraynadakı məğlubiyyətini təmin etmək üçün seçkilərə qatılacağam, - o bildirib.

L.Trass Britaniya hökumətində müxtəlif vəzifələrdə qazandığı uğurları da xatırladıb.

O, xüsusilə XİN başçısı kimi Rusiyaya qarşı beynəlxalq reaksiyaya rəhbərlik etdiyini, ciddi sanksiyaların qəbul edilməsindəki xidmətini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni baş nazir seçilənədək bu postu müvəqqəti icra edəcək.

Şərhlər

dadaşyev 2022-07-12 00:44:56

Putin də buna deyilənə görə belə cavab verib: "Sən bir duzlu pomidor olsan,boşqabın qırağında dursan,mən bir duzlu xiyar olub balam,bankədən çıxsam neylərsən?"

Bəhrami 2022-07-11 14:22:19

Güman ki, BB kabineti Kremllə Ağ Ev və Paris arasında Ukrayna sövdələşməsini hiss etmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol