Menu

Seçkilərin yekun nəticələri açıqlandı

08.11.2014, 09:05
Seçkilərin yekun nəticələri açıqlandı

Ukraynada keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı protokolların 100% hesablanmasından sonra baş nazir Arseni Yasenyukun Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,14 faizini, "Petro Poroşenkonun bloku" isə 21,18 faizini toplayıb.

“Özünəyardım” partiyası 10,97 faiz, " Müxalifətçi blok " 9,43 faiz, Radikal Partiya 7,44 faiz, “Batkivşina” isə 5,68 faiz səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol