Menu

AZAL Gürcüstana sərnişin daşınmasını 5 dəfədən çox artırıb

12.07.2022, 13:56
AZAL Gürcüstana sərnişin daşınmasını 5 dəfədən çox artırıb

Bu ilin ilk yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 70 409 nəfər sərnişin daşıyıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 % təşkil edib.

İllik müqayisədə AZAL-la Gürcüstana daşınan sərnişinlərin sayı 5,3 dəfə artıb.

Gürcüstana daşınan sərnişinlərin sayına görə AZAL xarici aviaşirkətlərin ilk onluğunda VII yeri tutub. İlk üçlükdə “Türk Hava Yolları” (226 719 nəfər), “Wizz Air” (226 000 nəfər) və “Pegasus” (164 293 nəfər) yer alıb.

Yanvar-iyunda Gürcüstan hava limanları 1 716 718 nəfər sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni göstəricisindən 189 % çoxdur.

Şərhlər

dadaşyev 2022-07-12 23:23:53

Avropa ölıkələrinə,Amerika qitəsinə,Asiyanın ucqarlarına,Afrika ölkələrinə millət Gürcüstan Hava Yollarının ucuz biletləriylə uçduğuna görə Gürcüstana bizdən gedənlərin sayı artıb. Gürcüstana da AZAL-la uçurlar deyə AZAL ora adam aparanların ilk yeddiliyinə düşüb.Vəssalam.İki dəfə iki dörddü.Bu proses davam etsin deyə də sərhədləri açmaq lazım deyil və ya sərhədləri açmamaq lazımdı.Sərhədləri açmamaqda davam etmək üçün də yenidən COVİD-lə bağlı sərtləşməyə keçmək lazımdı.COVİD-lə bağlı sərtləşməyə keçmək üçün də bu ayın əvvəlindən başlayaraq hər gün yoluxanların sayında qəfil artım göstərmək lazımdır.Ki,ayın axırında COVİD-lə bağlı yeni sərt qərarlar qəbul etməyə əsas olsun.O hesabla ayın axırlarına yaxın virusdan ölənlərin sayında qəfil artım görsəniz həyəcanlanmayın,bilin ki hadisələrin məntiqi gedişinə görə belə də olmalıdır. Və ya belə də olmalıydı.Nə gözlənilirsə o baş verərkən təəccüblənmək axmaqlıqdı.

Vahid 2022-07-12 16:22:23

Quru yolunu bağlayib,insanları teyyare ile getmeye mecbur etmek düz deyil...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol