Menu

İspaniya Ukraynaya döyüş tankları verəcək

12.07.2022, 20:19
İspaniya Ukraynaya döyüş tankları verəcək

İspaniya Ukraynaya 10 "Leopard" döyüş tankı və 20-yə yaxın zirehli personal daşıyıcısı verə bilər.

“Report” xəbər verir ki, bu barədə “Infodefensa” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, İspaniya müdafiə departamentinin nümayəndələri hazırda Kiyevin əlavə hərbi yardımla bağlı dəfələrlə müraciətinə cavab olaraq bu sistemlərin Ukrayna tərəfinə verilməsi imkanlarını öyrənir.

Bu yardımın dəyəri 5-15 milyon avro arasında qiymətləndirilir. İspaniya hökuməti tərəfindən bəyənilərsə, hərbi texnikanın təhvil verilməsi ilin sonuna qədər baş tuta bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol