Menu

“Qərb Rusiyaya strateji hücum planı hazırlayır” - Lukaşenko

13.07.2022, 00:07
“Qərb Rusiyaya strateji hücum planı hazırlayır” - Lukaşenko

Qərbdə Rusiyaya strateji hücum planı hazırlayırlar.

Bu barədə iyulun 12-də Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

«Son vaxtlar - biz həm də axşam Rusiya Prezidenti ilə əhatəli olaraq müzakirə etmişik - Rusiyaya strateji hücum plan hazırlanır. Və zərbənin başlıca istiqaməti Ukrayna və Belarus üzərindəndir» - o, ali məktəblərin məzunları və ali zabit məzunları heyəti ilə keçirilən mərasimdə deyib.

Bu zaman o, qeyd edib ki, «görünür Şimali Atlantika Alyansındakı yeni ortaya çıxmış «xaçgəzdirənlər» birdən qərara gəliblər ki, şərqə doğru növbəti sıçrayışın vaxtı yetişib və bu zaman unudurlar ki, tarixi sələflərin uyğun sıçrayışları nə ilə nəticələnib.

Xatırladırıq ki, iyulun 11-də Rusiya və Belarus Prezidentlərinin telefon danışığı olub.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-07-13 07:40:00

Qərb tezlkiklə hücum planına başlasa Ukraynadakı dinc sakinlər və günahsız körpələr Putinin işğalından qurtular.Lukaşenko da "ələkçinin qıl verəni" roluna son qoyar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol