Menu

Quzu əti də bahalaşdı - VİDEO

13.07.2022, 10:00
Quzu əti də bahalaşdı - VİDEO

Azərbaycanda quzu əti bahalaşıb. Bazarda quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.

Bəs quzu ətinin baha olmasının səbəbi nədir?

Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.

Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır.

Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.

Daha ətraflı süjetdə:

Şərhlər

t.ədalət 2022-07-13 11:31:20

Bu bahalaşma xalqın cibi tam yırtılana kimi davam edəcək.Sonra hər şey gec olacaq.....

Elxan 2022-07-13 11:28:51

Bəs deyirdilər ət ucuzlaşacaq.Bu yaxınlarda bütün saytlarda məlumat getmişdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol