Menu

Paşa Holdinq-in saytını "işsiz haker" dağıtdı

11.11.2013, 12:59
Paşa Holdinq-in saytını "işsiz haker" dağıtdı

Bu gün səhər saatlarında Azərbaycanın ən böyük holdinqlərindən biri olan Paşa Holdingin saytına haker hücumu olub. Belə ki, “m4y0r” adlı xaker, saytın ana səhifəsini ələ keçirərək mesaj qoyub. “ Saytları vurmaqda məqsədim, sözümu hamıya çatdırmaqdır. Hər diplom alan savadlı deyil. Hansı şirkətə işə gedirsən ya iş yoxdur, ya ya yuxarı vəzifədə işləyən tanışın olmalıdır. Mənim diplomum yoxdur deməli işsiz qalmalıyam?! PAŞA Holdinqin saytlarına gəldikdə isə proqramistləri bilikdə məndən zəifdilərsə onda mənim günahım nədir?!”

Qeyd edək ki, Paşa Holdinq şirkətlər qrupuna daxil olan pashaholding.com saytı haker hücumuna məruz qalıb. Digər saytlar isə öz fəaliyyətlərini davam etdirirlər

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol