Menu

"NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir" - Stoltenberq

13.07.2022, 21:09
"NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir" - Stoltenberq

"NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir". "Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"İndi səylər Ukraynaya öz müstəqilliyini qoruyub saxlamağa kömək etmək üzərində cəmlənib. Hazırda əsas məsələ budur, NATO-ya üzvlük yox", - Stoltenberq deyib.

Alyansın baş katibi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə uzana bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol