Bu yay Xəzər sahilində sahibkar və məmur işğalına son qoyulmağa başlandı. Proses Buznovnadan start götürdü. Əvvəlcə vətəndaşların dənizə girişini məhdudlaşdıran bir sıra məşhur restoranlar söküldü.
Buzovna sahilini zəbt edən restoranların söküntüsü məmur villalarından da yan keçməyib.
Artıq bir neçə dəbdəbəli mülkün dənizədək uzanan hasarı və estakadası sökülüb. Maraqlıdır, bəs bu söküntü dalğası daha hansı sahilləri yuyacaq?
Şıx çimərliyi və Sahil qəsəbəsindəki sanatoriya və villaları hansı aqibət gözləyir.
Baku TV suala cavab axtarıb:

Şərhlər
Buzovna qəsəbəsində villalarla yanaşı R.Axundov 2 ünvanda yerləşən, Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmiş, SOCAR-ın yataqxanasından kriminal ünsürlərin çıxarılması barədə Bakı şəhər İcra Hakimiyyəti ilə Bakı şəhər Baş Polis İdarəsi bu yataqxanaya dələduzluq yolları ilə qeydiyyata düşmüş şəxslərin qeydiyyatını ləğv edib, yataqxanadan çıxarmalıdır. Bu yataqxanada qadın döyülüb, yeniyetmə bıçaqlanıb, bu ilin 20 iyununda Faiq adlı qaçqın vəhşicəsinə döyülüb, onun ailə üzvləri nəlayiq sözlərlə təhqir olunub. Bötün bu hallara göz yumulub. Bu yataqxanada yüksək mədəniyyəti və səviyyəsi ilə seçilən bir neçə qaçqın ailəsi ilə yanaşı, SOCAR-a bir nəfər ailə üzvünü süpürgəçi və ya aşpaz vəzifələrinə müvəqqəti işə götürməklə bütün ailə üzvlərini bu yataqxanaya qeydiyyata götürüblər və bu ailələrin hərəsinə bir neçə otaq veriblər. Hal-hazırda qanunsuz məskunlaşmış bu ailələrin nə SOCAR, nə də ki, Bakı şəhər İcra Hakimiyyəti ilə heç bir əmək münasibətləri yoxdur və qeydiyyata düşmüş şəxslərin bir hissəsi heç bu yataqxanada yaşamır.
Yaşasın! Yaşasın bizim hökümət! Bu oğruların hər şeyi məhv olsun.
Mən sovetlərə qanan vaxtımdan nifrət etmişəm.Yalnılz bircə hərəkətləri heç demə düzgün olubmuş:varlı-filan qoymayıblar,var-dövlətlərini əllərindən alıb kasıb-kusuba veriblər,mülklərini müsadirə eləyib bağça,məktəb,muzey eliyiblər.Çünki biz Asiya insanlarıyıq,heç demə varlanınca qudurub qardaşa,dost-tanışa,qonum-qonşuya,hətta xalqa da arxa çeviririk.Bu villaların sahibləri də bir vaxt uşaq olublar,sonra məktəbə,universitetə-filana gediblər,xalqdan biri olublar.Amma varlanınca görürsünüzmü xalqdan özlərini nə qədər üstün hesab ediblər ki,dənizi hasarlayıblar ee,a kişilər,hasarlayıblar ki,xalq nədi,pulum başımdan aşırsa dəniz ancaq mənimdi,dənizdə ancaq mən çimə bilərəm.Allah Allah,gör nə zəmanəyə gəldik çıxdıq!Bunlar bizlərdən biriləri deyillərmi?Yoxsa Aydan-ulduzlardan gələn fövqəlinsanlardı?Uçan Boşqablarla gəliblər Azərbaycana?Divlər,təpəgözlər hündür qalaçalarda yaşayarlardı.Bunlar divlərdimi,təpəgözlərdimi,nədirlər,haradan zühur ediblər?Özlərini nə hesab edirlər?Qanmırlarmı insan nə qədər tullansa da özündən hündürə tullana bilməz?