Menu

Cahid Bağçıdan Polad Həşimovla bağlı paylaşım - FOTO

14.07.2022, 14:40
Cahid Bağçıdan Polad Həşimovla bağlı paylaşım - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun xatirəsini yad edib.

Bu barədə o, “Twitter” hesabında paylaşıb: “Şəhidliyi ilə Qarabağ Zəfərinin ocağını alovlandıran qəhrəman komandir, general Polad Həşimovu şəhidliyinin 2-ci ilində rəhmətlə yad edirik. Səmayə anaya, qardaşına, bacısına, yoldaşına, övladlarına, silahdaşlarına, qəhrəman Azərbaycan ordusuna və xalqına başsağlığı veririk”.

Şərhlər

Türk Turan 2022-07-14 16:51:57

Təşəkkürlər Türkiyə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol