Menu

"Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır" - Emmanuel Makron

14.07.2022, 17:46
"Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır" - Emmanuel Makron

“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.

“Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Makron savaşın ilin sonunadək çəkəcəyini demişdi. Onun fikrincə, Rusiya qalib gələ bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol