Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.
Ölkədə son sutka ərzində 2911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.



Şərhlər
İki gün əvvəl "AZAL Gürcüstana sərnişin daşınmasını 5 dəfədən çox artırıb" xəbərinə şərhimdə dedim axı ayın axırına qədər yoluxma və də ölənlərin sayında artım kəskinləşə-kəskinləşə getməlidir ki,yollar açılmasın,xaricə getmək istəyən də yalnız AZAL-la uçmalı olsun.Baxın,hələ ayın ortası da deyil,artıq birdəncə 174 yoluxma və 3 ölüm!!!Bu templə ayın axırında TƏBİB-in qərar verəcəyi vaxta qədər 2000-ə çatar gündəlik yoluxma.Hansı rəqəmə çatması önəmli deyil,önəmli olan odur ki,yolları açmamağa kifayət etsin o rəqəm.Belə.Yəni.Bunnan.