Menu

ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırıb

14.07.2022, 23:14
ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırıb

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarını təhlükəsizlik baxımından ölkəni tərk etməyə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik nümayəndəliyin cümə axşamı yaydığı xəbərdarlıqda deyilir:

“ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal tərk etməyə çağırır”.

ABŞ səfirliyi həmvətənlərini dəstə şəklində toplaşmağa qoşulmaqdan çəkinməyi xahiş edib.

Bildirişin başlığında Ukraynadakı raket təhlükəsinin olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol