Menu

GÖMRÜK KOMİTƏSİNİN DAHA BİR GENERALI SAXLANILDI - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi idi + FOTO

15.07.2022, 09:49
GÖMRÜK KOMİTƏSİNİN DAHA BİR GENERALI SAXLANILDI - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi idi + FOTO

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulovdan gedir.

Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.

Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.

Şərhlər

rasim quliyev 2022-07-16 15:01:26

Sefer Mehdiyev Nehrem kendinde kimse qalib ki,gomrukde vezifede olmasin

pensioner 2022-07-15 17:42:15

Danabaş sözünü mən yox,ilk dəfə C. Məmmədquluzadə işlədib.

Veteran 2022-07-15 15:07:17

Kəndlərində nə qədər malabaxan -donuzabaxan varsa hamısı general olublar.Az qalıb hamınızı köhnə peşənizə qaytaracağıq.

pensioner 2022-07-15 14:55:26

bir ucdan "peçat"lanan gömrük generallarına da növbə çatdı?

aqil 2022-07-15 14:50:41

Bundan sonra kömrük düzələcək dəvənin boynu kimi.

aqil 2022-07-15 14:49:24

Totuş bala yəqin kiminsə dolyasını vaxtında çatdırmayıb. Ya da haradasa quşlayıb. De da bə..

qulu 2022-07-15 14:16:07

Bşqa regiondan ola da bilməz.Yalnız Naxçıvandan olmalıdır,onlar doğulanda vəzfə üçün,kömrük üçün,bank
sektoru üçün doğulurlar.

TARIX 2022-07-15 14:04:17

XALQIN BOĞAZINDAKI KAL ARMUD OLAN KÖMRÜK KOMİTƏSİ.

Amon 2022-07-15 13:20:09

Her gomruk iscisi tutulandan bir iki gun sonra sefer mehdiyev cixib deyir ki gomruk plani 120% icra eliyib.bele cixir ki gomrukde sefer mehdiyevden basqa hami rusvet alirmis.bes deyirdi rusvet olsa ozum gedecem

Cəmşid Dərələyəzli 2022-07-15 11:35:13

DTX-nin bu yöndəki qətiyyətini alqışlayırıq. İnanırıq ki, nəhayyət də növbə Palanın altındakəlara da çatar.

Vətəndaş 2022-07-15 11:26:13

30 ildir kömrük ciblərə işləyir. Qoruq-qaytaq qoyan da yoxdur

t.ədalət 2022-07-15 10:25:47

Gömrük komitəsində çox böyük korrupsiya cinayətləri var.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol