Menu

Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü - FOTO

15.07.2022, 10:01
Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü - FOTO

Bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan polis mayoru vəfat edib.Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Qubat Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirmişdi. O, hadisə zamanı ağır xəsarətlər almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol