DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.Bakupost.az-ın əldə etdiyi məlumata görə, həmin şəxsin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu deyilir.
Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.
DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Komitənin əməkdaşı Novruz Hacıyev F.Ələsgərlinin xaricdə olduğunu təsdiqləyib: “F.Ələsgərli mənim rəisimdir. 15-20 gün əvvəl məzuniyyətə çıxması ilə bağlı raport yazıb. Hazırda xaricdədir. Ölkəni tərk etməsinin son günlərdəki hadisələrlə, Gömrük Komitəsindəki həbslərlə bağlı əlaqəsi yoxdur. Sadəcə olaraq, məzuniyyətə görə xaricə gedib”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunublar. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxlanılıb.
DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin işdə olduğu və ya ölkəni tərk etdiyini dəqiqləşdirmək mümkün olmayıb.
Bakupost.az -ın araşdırması zamanı Novruz Hacıyevin dediklərinin həqiqətə uyğun olmadığı üzə çıxıb.
Məlum olub ki, Fikrət Ələsgərli ilyulun 15-i, yəni rəisinin tutulmasının səhəri günü Bakı-Antalya reysi ilə ölkəni tərk edib.

Şərhlər
Deməli ona kömək edən olub və o öz hərəkətləri ilə göstərdi ki. günahları var.Dövlət üçün onu məhsullara cəlb etmək elə bir çətin iş deyil,əgər istənilsə
Tam bir təsadüf yəni.Xəbəri olmayıb DTX əməliyyatının olacağından,məzuniyyətə çıxıb.Geri qayıtmağı daha böyük təsadüf olacaq.Təsəvvür edin ki,məzuniyyəti bitdiyində qayıdır Bakıya,çatan kimi həbs edirlər,o da deyir "Nə var,nolub,niyə tutursunuz məni?"Ona deyirlər "Tutduqlarımızı tutmuşuq,bir sən qalmışdın,sən də yaxşı ki qayıtdın,yoxsa tutammazdıq".O da deyir "Aaaa,başqalarını da tutmusunuz ki?Nə yaxşı.Tutanda bir xəbər eliyin də.Bilsəydim qayıtmazdım".Deyirlər bəs qəzet-jurnal oxumamısan?İnternet-filan".O da deyir "Xaricə gedəndə gözlüyüm yadımdan çıxıb evdə qalıb deyə qəzet-jurnal oxuyammamışam.İnternetə də girəmmədim,çünki oteldə Vayfayın kodunu heç kimə bildirmirdilər".