Menu

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

17.07.2022, 00:27
Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb.

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” - Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub. (Mənbə: Unian)

Şərhlər

Eloğlu 2022-07-17 22:21:30

Bu Putin Azərbaycanı da Ukrayna savaşına çəkişdirkək istəyir? Gərək raketləri məhz Xəzər dənizi üzərindən Ukraynaya ataydılar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol