Menu

YOLUXMA SAYI 200-Ə YAXINLAŞDI - Koronavirus statistikası

17.07.2022, 19:29
YOLUXMA SAYI 200-Ə YAXINLAŞDI - Koronavirus  statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.

Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol