Menu

Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada şəhid olub

17.07.2022, 19:46
Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada şəhid olub

Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atışma zamanı yaralanan hərbçi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi hərbçinin şəhid olması ilə bağlı başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol