Yunanıstanda qəzaya uğrayan Ukraynaya məxsus yük təyyarəsi Banqladeşə silah-sursat aparırmış.
“AzPolitika.info” xəbər verir ki, Serbiyanın Müdafiə naziri Nebojşa Stefanoviçin açıqlamasına görə, Yunanıstanın şimalında Serbiyadan Banqladeşə müdafiə təyinatlı yük daşıyan, Ukrayna vətəndaşlarının olduğu böyük yük təyyarəsində minaatan və təlim mərmiləri də daxil olmaqla 11,5 ton hərbi təchizat olub. Silahın alıcısı Banqladeş Müdafiə Nazirliyidir.
Şahidlərin verdiyi məlumata görə, “Antonov An-12” təyyarəsi hələ havada olarkən alovlanıb. Şahidlər bildiriblər ki, onlar şənbə günü gecə partlayış səsləri eşidib. Yunanıstan rəsmiləri bildirib ki, pilot qəzadan əvvəl təcili zəng edib.
Yunanıstan Mülki Aviasiya rəsmiləri əvvəlcə reysin Serbiyadan İordaniyaya getdiyini bildirsə də, sonradan Amman təyyarənin orada yalnız yanacaq doldurmaq üçün dayandığını təsdiqləyib.
Təyyarəni idarə edən Ukraynanın “Meridian” aviaşirkəti qəza nəticəsində səkkiz ekipaj üzvünün hamısının həlak olduğunu təsdiqləyib.
L.SƏMLA
“AzPolitika.info”


Şərhlər