Menu

“Ukrayna Rusiyanın qəddar zərbələri qarşısında duruş gətirdi” – Zelenski

18.07.2022, 16:28
“Ukrayna Rusiyanın qəddar zərbələri qarşısında duruş gətirdi” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edir ki, fevralın 24-dən sonra ölkənin işğal olunmuş ərazilərinin bir hissəsini azad ediblər, tədricən digər işğal olunmuş rayonlar da azad ediləcək.

Bu barədə o, özünün videomüraciətində deyib, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

«Ukrayna Rusiyanın qəddar zərbələri qarşısında duruş gətirdi. Artıq biz, fevralın 24-dən sonra işğal olunmuş ölkə ərazilərinin bir hissəsinin azad edilməsinə müvəffəq olmuşuq. Tədricən, hazırda işğal altında olan digər əraziləri də azad edəcəyik» - Zelenski qeyd edib.

Xəbər verildiyi kimi, iyulun 10-da müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə Baş nazir müavini İrina Vereşuk Xerson sakinlərinə evakuasiya çağırışı edib. Ərazi isə işğalçıların nəzarəti altındadır. O, qeyd edib ki, çağırış insanların həyatına qayğı və onların təhlükəsizliyi ilə bağlıdır, çünki Ukrayna ordusu əraziyə əks-hücum planlaşdırır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol