Menu

"BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır" - Ərdoğan

08.11.2014, 12:41

cumhurbaskani-erdogan-din-adina-teror-kavramini-6520781_5452_400BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlar aparılmalı, dəyişikliklər edilməlidir.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

BMT-nin Suriya böhranı ilə bağlı heç bir addım atmadığını qeyd edən prezident Ərdoğan BMT Təhlükəsizlik Şurasının siyasi və ya iqtisadi çıxarlar üçün uşaqların ölümünə göz yumduğunu söyləyib:

"BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvləri heç dəyişmir. Bunlardan biri “yox” desə qərar qəbul edilmir. Bütün dünyanın taleyi bu bir neçə dövlətdən asılıdır. Belə bir ədalət sistemi ola bilərmi?"

Təhlükəsizlik Şurasında ABŞ-ın Amerika qitəsini, Rusiya, İngiltərə və Fransanın Avropanı, Çinin də Asiyanı təmsil etdiyini söyləyən türkiyəli dövlət başçısı dünyanın təkcə bu üç qitədən ibarət olmadığını bildirib: "Burada bütün qitələrin nümayəndəsi varmı? - Yoxdur. Fərqli dinlərin nümayəndəsi varmı? - O da yoxdur. Bu halda, vəziyyət necə olacaq? Bu tərkib dəyişməlidir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol