Menu

Güclü külək paytaxtda ağacları aşırdı - FOTO/VİDEO

21.07.2022, 10:10
Güclü külək paytaxtda ağacları aşırdı - FOTO/VİDEO

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb. Oxu.Az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 ünvanında və “Nizami” metro stansiyasının qarşısında irigövdəli ağaclar aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol