Menu

İSRAİL SƏFİRİ TƏBRİZLƏ BAĞLI PAYLAŞIM ETDİ - İran səfiri onu ölümlə hədələdi + FOTO

21.07.2022, 17:56
İSRAİL SƏFİRİ TƏBRİZLƏ BAĞLI PAYLAŞIM ETDİ  - İran səfiri onu ölümlə hədələdi + FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın qədim şəhəri Təbrizin tarixindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

"AzPolitika.info" xəbər verir ki, səfir "tvitter"-də bunları yazıb: "Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə diplomatik etiketə yaraşmayan tərzdə cavab verib.

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi Tviterdə İsrail səfirini təhdid edib.

Qeyd edək ki, ki, səfirin cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən də sərt tənqid olunub.

"AzPolitika.info" 


Şərhlər

hamlet 2022-07-21 21:53:02

əfsuslar

iran mollalarına cavab olaraq 2022-07-21 19:26:46

Məncə İsraildə Azərbaycan səfirliyinin açılması zamanıdır.

Remish 2022-07-21 19:05:02

Iran sefiri reddolsun olkeden. Duz deyir Israil sefiri. Azerbaycan medeniyeti Tebrizden basdiyir. Mundar fars.

Eli 2022-07-21 19:04:53

Burda teeccüblü heç ne yoxdur.Xomeneyi kimi dini rehberi olan dövletin bele seviyyesiz de sefiri olmalıdır.Bu adama hele çatmır ki,İran hansı dövlet ve milletlerle düşmençilik edir ve kimlerle dostluq efir.

Polad 2022-07-21 19:01:53

Fars bizim dushmendi

t.ədalət 2022-07-21 15:54:04

Musəvi yoldaş erməniliyi bir kənara atıb Təbriuzin Azərbaycan şəhəri olduğunu etiraf etməlidir.

Saşa 2022-07-21 15:47:37

Israil xalqı bizim qardaşımızdır, farslar.........

Veten dashi 2022-07-21 15:06:07

Yaşasın tarixi dərin olan Türk -Yəhudi dostluğu.Məncə millətimiz ayıq-sayıq olmalı bütün dünya müsəlmanlarını şiə-süni millətçiliyi kimi mənfur ideya ilə öz imperiya maraqlarına uyğun şəkildə parcalamasalar bunlar fars dövlətini qoruyub saxlaya bilməyəcəklər.Oyan ey ULU MİLLƏT ,oyan ey Bəxti bixəbər ,yatan hamı bidar oldu!

Elxan 2022-07-21 14:52:06

Mollaqulunun başı üçün deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol