Menu

“İranda Putinlə sol əllə görüşüblər və kondinsionerin altında oturdublar...” – Siyasi şərhçi

22.07.2022, 20:22
“İranda Putinlə sol əllə görüşüblər və kondinsionerin altında oturdublar...” – Siyasi şərhçi

Putinin İran səfəri dünyaya nümayiş etdirdi ki, ona hörmət etmirlər. Türkiyə və İranın liderləri bunu açıq şəkildə təsdiqlədilər.

Bu barədə beynəlxalq məsələlər üzrə siyasi şərhçi və jurnalist İvan Yakovina FREEDOM kanalının efirindən bəyan edib.

Putinin, Ərdoğanın və Xameneinin İranda bu yaxınlardakı görüşünü şərh edərkən jurnalist qeyd edib ki, hər şeydən artıq mübahisəli fikir Türkiyə liderinin iştirakı ətrafında səslənir. Onun əminliyinə görə, Ərdoğan Türkiyənin mövqeyini gücləndirməyə cəhd edir və bu, ona müvəffəq olur.

Yakovina əmindir ki, Türkiyə Prezidenti məqsədli şəkildə Rusiya Federasiyasına münasibətdə loyal sanksiya siyasəti yaradıb, həm də digər əlaqələr yaradır, xüsusilə mülki aviasiya və turizm sahələrində. Amma Ərdoğan Putinə hörmətsizliyi dəqiq nümayiş etdirdi və onunla görüşə gecikdi. «Hamı gördü, Ərdoğan nümayiş etdirdi ki, Putinə hörmət etmir. O, Putinlə görüşə gecikdi. Putin gözlədi, dodaqlarını dişləyərək dayandı, Ərdoğanı gözlədi. Ərdoğan isə belə «lovğalıqla» görsəndi, Putinin kürəyinə vurdu - hansısa «salaqa» ilə olduğu kimi.

Böyük ayətulla Əli Xamenei də Putinə hörmət etmir. O, Putinlə sol əllə görüşdü, bu, o deməkdir ki… İslamda sol əllə hər cür natəmiz işlərin görüldüyü qəbul olunur… Bax o, Putinlə sol əllə görüşdü, onu kondinsionerin altında oturtdu, görünür kondinsioner tam güclə işə salınmamışdı və ya köhnə idi. Ümumiyyətlə, Putin indi xəstələnib, amma bundan əvvəl öskürüb və asqırıb» - Yakovina danışıb.

AzPolitika.info

Şərhlər

Camaat 2022-07-27 10:17:46

putin xalca olmayan yerdə gedir.

dadaşyev 2022-07-23 11:44:28

Ay millət,duyduq duymadıq deməyin.Tarixçilər gözəl bilir ki,dünyada ilk terrorçu dövləti 11-ci əsrdə İranın Ələmut qalasında Həsən əs-Sabbah adlı bir fars qurub,şiəliyin Fatimilər xilafətində hökmran olan ismaililər qolunun inancındaydı o,qurduğu terror dövlətinə cəlb etdiyi gəncləri tiryaki edərək cənnətlə müjdələyitdi,amma cənnətə düşmələri üçün mütləq o dövlətin lideri olan Həsən əs-Sabbahın dediyi dövlət adamlarını öldürməliydilər.Tiryakiliyə görə də o terrorçulara “Həşşaşilər” deyirdilər və tarixdə də “qoca imam”ın Həşşaşilər təriqəti deyə qalıb.Bizim bildiyimiz “xaşxaş” sözündəndir.İki yüz ilə yaxın bir müddətdə o terrorçular o zamankı dünyada bütün dövlət adamlarının,sıravi insanların yuxusuna haram qatmışdı,13-cü əsrdə nəhayət Çingizxan ordusu Ələmuta hücum edib darmadağın edir o terror yuvası olan Ələmutu.Qalaya da od vururlar,amma xarabaları bu gün də qalmaqdadır.750 ildən çox vaxt keçir,Xomeyni İranda İslam adına şiə məzhəbli əcaib bir dövlət qurur,o dövlətin işi gücü Yaxın Şərqdə durmadan terror əsdirməkdi.Bilin və agah olun:monqollar o vaxt onları dağıtdıqdan sonra Həşşaşilər bütün Şərqə səpələnib gizli təşkilatlar qururlar,yezidilər də,Suriyadakı “druzlar” deyilən xristian ərəblər də onların törəmələrindəndirlər.Bu günün İranını idarə edən əmmaməlilər həmin o Həşşaşilərin İslamilik,şiəlik pərdəsi altında gizlənənləridir.Həsən əs-Sabbah da özünə imam deyirdi,qurduğu dövlətə də İslam dövləti,rəsmi məzhəbi də şiəlik.Xomeyni də özünə imam deyirdi,dövlətinə İslam dövləti,rəsmi məzhəbi də şiəlik.Onda da əmmamə,əba,saqqal,bunda da.O da terror dövləti,bu da.İndi ara-sıra ABŞ-ın İrana hədə-qorxu gəlməyinə inanmayın,İranda min illərlə türk idarəçiliyini bir kənara qoyub taxtü-taca pəhləvi Məhəmməd Rzanı yüz il əvvəl gətirən elə ABŞ və İngiltərə olub.Türkiyəylə orta Asiya türk dünyası arasında bağlantını qoparmaq üçün.Şah vaxtında da,Xomeyni və Xameneyi İranında da Tehran başbilənləri İranın farslaşdırılmasında bu “ali” məqsədin güdüldüyünü gözəl bilirlər,ona görədir ki,zaman-zaman Azərbaycana və Türkiyəyə düşmənliklərini dilə gətirməklə,bütün xristianların sevdiyi ermənilərə sevgisini göstərməklə bu “məqsəd”lə qurulduqlarını unutmadıqlarını göstərirlər.Bax belə.Bu cür.

Eli 2022-07-23 00:17:54

Irandakı çolaq olduğu üçün sol əllə görüşüb, bir əli işləmir onun.

Eli 2022-07-22 21:49:51

Allah Türkü qorusun,abır heya Böyüklük hemişe olduğu kimi öz yerindedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol