Menu

“Ukraynada müharibə uzun müddət davam edəcək” - Amerikalı general

23.07.2022, 00:03
“Ukraynada müharibə uzun müddət davam edəcək” - Amerikalı general

Amerika Birləşmiş Ştatları (ABŞ) Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısı, general Mark Milli hesab edir ki, Ukraynada müharibə uzun müddət davam edəcək.

Bu barədə o, Ukraynaya müdafiə dəstəyi üzrə təmas qrupunun (Ramştayn-4) iclasından sonra virtual formatda keçirilən brifinqdə bəyan edib.

«Bu gün Rusiyanın qeyri-qanuni və səbəbsiz genişmiqyaslı, güclünün zəifə qarşı həyata keçirdiyi təcavüzün 147-ci günüdür» - Amerikalı general bəyan edib.

Xatırladırıq, ABŞ-da hesab edirlər ki, Donbass Ukrayna üçün hələ də itirilməyib. USQ-nin müharibəsi Rusiyanın Donetsk və Luqansk vilayətlərinin ərazisinin işğalı planlarına qarşı durmaqda davam edir.

AzPolitika.info

Şərhlər

Stepanakertdənj ECə 2022-07-23 12:29:35

Dünyəvi ABŞ dövləti və Cənab general NATO və Avropa ilə bu tarixi məsuliyyəti çevik qəəbul edib, döyüşə qoşulub müharibəni operativ bitirməlidirlər: Digər halda Ukrayna, sonra da tərəfdarlarının tam məhv ediləcəyi aşkar hiss olunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol