Menu

Ukrayna XİN Rusiyanı taxıl sazişi üzrə öhdəliklərini pozmaqda ittiham edib

23.07.2022, 14:34
Ukrayna XİN Rusiyanı taxıl sazişi üzrə öhdəliklərini pozmaqda ittiham edib

Rusiya Odessa limanına raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko “Twitter“də bildirib.

O qeyd edib ki, bununla da Rusiya dünən İstanbulda “Taxıl daşınması sazişi”nin imzalanmasından 24 saat belə keçmədən verdiyi vədləri və BMT ilə Türkiyə qarşısında götürdüyü öhdəlikləri pozub.

XİN rəsmisi əlavə edib ki, Rusiya qlobal ərzaq böhranına görə tam məsuliyyət daşıyacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol