Menu

Conson Britaniyadakı təlim poliqonunda Ukrayna hərbçilərinə baş çəkib - VİDEO

23.07.2022, 20:25
Conson Britaniyadakı təlim poliqonunda Ukrayna hərbçilərinə baş çəkib - VİDEO

Britaniyanın Baş naziri Boris Conson Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib. Bu barədə videonu Böyük Britaniya hökuməti yayımlayıb.

“Bu həftə mən Şimali Yorkşirdə Britaniya Silahlı Qüvvələrində təlim keçən Ukrayna əsgərlərinə baş çəkdim. Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək üçün əlindən gələn köməkliyi etməkdə qərarlıdır”, - deyə videonun başlığında deyilir.

Kadrlarda Consonun küçə döyüşü ilə məşğul olan bir qrupla görüntüləri yer alıb. Görüntülərdə baş nazirin necə təlim qumbarası atdığını, iriçaplı pulemyotun arxasına keçdiyini və NLAW tank əleyhinə kompleksi işə saldığını görmək mümkündür.

Şərhlər

musa 2022-07-24 01:51:51

SİYASƏTDƏ CƏSARƏT BÖYÜK ÖNƏM DAŞIYIR . ƏSİL KİŞİ SİYASƏTCİSİDİR

EKS BAŞ NAZİR CONSONA 2022-07-24 00:35:30

Kişi adamsan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol