Menu

Ermənilər Qarabağ meşəsindəki hərbi düşərgədə təlim keçir...- FOTOFAKT

23.07.2022, 21:37
Ermənilər Qarabağ meşəsindəki hərbi düşərgədə təlim keçir...- FOTOFAKT

İyulun 22-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan torpaqlarında separatçı-terrorçu rejim dağlıq-meşəlik ərazilərdən birində qurduqları "hərbi idman düşərgəsi"nin təntənəli açılışını edib.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, hərbi düşərgədəki təlimlərdə 11-ci sinif şagirdləri və qondarma “peşə və orta ixtisas məktəbləri”nin ikinci kurs tələbələri iştirak edirlər.

Xəbərdə deyilir ki, gənclər üçün Qarabağın tarixi və mədəni yerlərinə ekskursiyalar, ictimai təşkilatların nümayəndələri ilə görüşlər, müxtəlif ansamblların konsertləri, eləcə də çeşidli mövzularda müsabiqələr təşkil olunacaq.

Qeyd edək ki, erməni mediası hərbi təlimlərin keçirildiyi məkan haqqında dəqiq məlumat vermir.

Xatırladaq ki, ötən il belə bir hərbi təlim Xocalı rayonunun Badara kəndində təşkil edilmişdi...

(moderator.az)

Şərhlər

Vətəndaş 2022-07-24 15:24:17

Niyə hökumət susqunluq nümayış etdirir? Hanı XİN-nin notası,Hökumətin xəbərdatlığı,MN-nin hərəkəti?

"dqr"-ə 2022-07-24 00:41:56

Yenidən qırılmaqmı istəyirlər?

Kampis 2022-07-23 22:38:10

Bizde her şeyi yerinde başa dūşmeye çalişacagiq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol