Menu

İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

24.07.2022, 13:00
İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yaraqlılardan birinin “Pençe-Kilit” antiterror əməliyyatı zonasında, ikisinin isə İraqın Metina bölgəsində öldürüldüyü vurğulanır.

Nazirlik əlavə edib ki, Türkiyə ordusu terrorçulara qarşı effektiv və qətiyyətli mübarizəni davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol