Menu

İranın BMT-dəki nümayəndəsi və səfiri dəyişib

24.07.2022, 13:29
İranın BMT-dəki nümayəndəsi və səfiri dəyişib

İranın BMT-dəki nümayəndəsi və səfiri Məcid Təxtrəvançinin missiyası başa çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, onu bu vəzifədə Səid İrəvani əvəz edəcək.

Səid İrəvani bundan öncə İranın İraqdakı müvəqqəti işlər vəkili, Xarici Əlaqələr üzrə Strateji Şuranın katibi, Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq təhlükəsizlik və xarici siyasət üzrə müavini kimi vəzifələrdə çalışıb.

O, Nyu-Yorkda missiyasının başlaması ərəfəsində, İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol