Menu

Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

25.07.2022, 18:14
Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.

Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.

İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol