Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub. “Qafqazinfo” xəbər verir ki, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.
Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə altı min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub.
Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.


Şərhlər
Allah rehmet eylesin Afiyedin Celilova.Naxçıvanlılar hemişe deyirler ki ,1990- vi il Yanvar hadiselerinde,o cümleden ermeni rus faşistlerinin Naxçıvana gire bilmemesinde onun da tarixi xidmetleri olub.Rusiyada tehsil almadı güclü dıstlarının olması- Siyasi Büronun iki üzvü ile yaxın dost idi.Ulu Önder de onu hemişe qiymetlendirerdi.Yaxşı siyasetçi idi Heyder Eliyev Siyası mektebinin seçilen telebelerinden idi.Menc onu.m ruhu xatirine oğluna qadağa yox vaxt vermek olardı, 6000 manat ele de böyük menle deyil.Her şey heyatda tek qanunlarla mizamlanmır.