Menu

"Neftçi"nin baş məşqçisinin keçmiş arvadı ilə bağlı şikayəti təmin olunub

25.07.2022, 23:38
"Neftçi"nin baş məşqçisinin keçmiş  arvadı ilə bağlı şikayəti təmin olunub

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

"Report"un Rumıniya mətbuatına istinadən məlumatına görə, İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.

Rumıniyalı baş məşqçi 2008 - 2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.

Qeyd edək ki, Laurentsiu Regekampf "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol