Menu

Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyulub? - Açıqlama

26.07.2022, 12:00
Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyulub? - Açıqlama

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulduğu xəbəri yayılıb. Bunun Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlı olduğu iddia edilib.

Ancaq Səfər Mehdiyevin yaxın çevrəsindən "AzPolitika.info"-ya verilən məlumatda iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. 

"Səfər Mehdiyevin ölkədən çıxışına hər hansı məhdudiyyət qoyulmayıb. Bunu gərəkdirən hər hansı hadisə də baş verməyib. Bu cür iddialar yalandır", - deyə adının çəkilməsini istəməyən mənbə saytımıza açıqlamasında bildirib. 

"AzPolitika.info"

Şərhlər

Pasa 2022-07-26 13:03:27

Valllah boş boş söhbetlerdi.

Cəmşid Dərələyəzli 2022-07-26 12:42:16

Ölkədə rüşvətin və talanın yox olması üçün, bu həll variantı deyil. Neçə ki, buna səbəb qaynağın əli "kəsilməyib" və ondan sonra alan və verən ən ağır cəza ilə, yəni ölüm hökmü (məhz bunlara nədən ölüm hökmü gündəmə gəlməli və bu barədə qanun qəbul edilməlidir) ilə cəzalandırılmayıb, yüz Səfər də tutulsa ferq etməyəcək. Necə ki də , bundan öncə tutulanlar heç bir nəticə vermədi.

Tofiq 2022-07-26 12:13:03

Gününsesinin uydurmasidiii.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol