BAĞIROV KADR DƏYİŞİKLİKLƏRİNƏ BAŞLADI - 76 yaşlı general təqaüdə göndərildi + FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

Elxan 2022-07-26 22:35:06

"Gəldikləri günə salmaq lazımdır" yox,gəldikləri kəndə rədd eləmək lazımdı

Madar 2022-07-26 17:09:19

Akademiyanın rəhbəri olub sorada mühafizənin )))

Nazim 2022-07-26 15:58:59

Bu gömrükçülərin hamısı niyə eyni bədən quruluşuna malikdirlər?

oxucu 2022-07-26 15:10:26

BUNLARIN GÖZÜ DOYMUR Kİ DOYMUR. 76 YAŞLI İNSANIN NƏ İŞ KEYFİYYƏTİ OLA BİLƏR.QOYUN CAVANLAR İŞLƏSİN,GEDİN İSTİRAHƏT EDİN.ƏL ÇƏKİN BU VƏZİFƏ STOLUNDAN.CAVANLAR BƏDBƏXT GÜNÜNDƏDİR İŞSİZ GÜCSÜZ.HEÇ DARIXMAYIN ALLAH SİZİ CƏZALANDIRACAQ.76 YAŞLI KİŞİ SÜRÜNƏ SÜRÜNƏ İŞƏ GEDİR,35 YAŞLI CAVAN İŞSİZ GÜCSÜZ QALIB.

Camaat 2022-07-26 14:37:33

Bunların vəzifələrindən başqa yüksək məbləğdəki pensiyalarını,taladıqlarını, mülklərini,generallıqlarını da əllərindən alıb cırıq şalvarda gəldikləri günə salmaq lazımdır. 180 manat pensiya təyin edıb,cəhənnəm əzabı ilə yaşatmaq lazımdır.

Son yazılar