Menu

Azərbaycanda bankların xalis mənfəəti 400 milyon manatı keçib

26.07.2022, 20:03
Azərbaycanda bankların xalis mənfəəti 400 milyon manatı keçib

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 400,8 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.

Belə ki, 2021-ci ilin ilk yarısında bank sektoru 366.3 milyon manat xalis mənfəət əldə etmişdi.

Şərhlər

dadaşyev 2022-07-27 00:59:35

Bu elə xəbərdi ki,adam bundan nə sevinir,nə kədərlənir.Qoyun ot yeyə-yeyə tərpənmədən,üzündə heç bir mimikası olmadan,donuq gözləriylə dəqiqələrlə adama baxar haa,bax elə halda olur oxucu.A balam,bank mənfəət əldə edib,ondan mənə nə,Şərəbanu xalaya nə,Qulammirzə kişiyə nə?Kəndlərə,şəhərlərə,rayonlara,qəsəbələrə nə?Bank sahibləri əcaib faizlərlə verdikləri kredit hesabına millətin cibini talayıb mənfəət əldə ediblər,gedib villalar alacaqlar,BMV-lər alacaqlar,səhər osetrin qızartması,günorta təkə basdırması,axşam da turac döşəməli aş yeyəcəklər,doya bilsələr ağızlarını silib gərnəşəcəklər ki "Dövran bizimdiee oaəə".Ardından qazlı su içib gəyirəcəklər,siqaret çəkib asqıracaqlar,öskürəcəklər,vəssalam.Millət üçün bircə manat xərcləyəcəklərmi o milyonlardan?Göz gərək doysun ki xərcləsinlər.Doymaq bilmir axı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol