Menu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

27.07.2022, 11:13
Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilmişdır. Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edir.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılmışdır.

Bildiririk ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

Şərhlər

Seyid ƏNHU 2022-07-27 15:29:35

Bizim metal pullar ən ucuz metyaldan hazırlandığı üçün üfunət iyi verir. Kəsilən qəpiklər həddən artıq ağırdır və orta əsr mis sikələrinə bənzəyir. Bilmək olmur kimdir, hansı dərənin sakinidir bu istedadlı dizayner.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol