Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməyə hazırlaşdığı bir vaxtda, Rusiya və Suriya ordularının bölgədəki hərəkətliliyi yenidən artıb.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Rusiya və Suriya hərbçiləri birgə hərbi təlim keçiriblər.
Gecə yarısı keçirilən təlimdə Suriya ordusunun əsgərlərinin rus təlimatçılarla birlikdə döyüş təyyarələrindən paraşütlə tullanma və müxtəlif manevr tapşırıqlarını birgə icra etdikləri bildirilir.
Əsəd administrasiyasından verilən açıqlamaya görə, Rusiya və Suriya ordularının terrorla mübarizə konteksində birgə keçirdiyi təlimlər dost tərfdaşlar arasındakı harmoniyanın hansı səviyyədə olduğundan xəbər verir.
Məlumatda qeyd olunur ki, təlimin ardınca PKK-PYD-YPG terrorçularından təşkil olunan Suriya Demokratik Qüvvələri Rusiyadan kömək istəyib. Terror təşkilatının lideri Mazlum Abdi Rusiyanı kifayət qədər addım atmamaqda ittiham edərək, daha fəal olmasını istəyib.
"AzPolitika.info"


Şərhlər
Ərdoğan müsəlman dünyasının lideridir.