Menu

Vladimir Putin Ramzan Kadırovu təltif edib

27.07.2022, 17:45
Vladimir Putin Ramzan Kadırovu təltif edib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

“Report” xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

Respublika başçısı bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.

Şərhlər

Veteran 2022-07-28 09:51:15

Tüpürüm sizədə, ordeninizədə.

TT 2022-07-28 06:31:14

Ramzanin yeri , cehennemde hazirdu ) Jirinovski onuncun yer qetirib orda !)))

t.ədalət 2022-07-27 22:19:57

Aleksandr Nevski adına orden işğal rəmzidir.Bildiyimiz kimi,25 il Şimal müharibəsinə başçılıq edən bu işğalçı dəyyusu Putin özünün kumerinə çevirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol